BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda sabiq bələdiyyə sədri ilə bağlı məhkəmə qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmədə tərqsirlədirilən Solmaz Tağıyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Solmaz Tağıyeva 2022-ci ildə Masallı rayonu Xırmandalı bələdiyyə üzvlərinin ümumi iclasının qərarı əsasında kənd bələdiyyəsinə sədr təyin edilib. Lakin 2023-cü ildə bələdiyyə sədri vəzifəsindən bələdiyyə üzvlərinin səsverməsi əsasında azad edilib. Sonra o, yeni təyin edilmiş bələdiyyə sədrinə etiraz edərək bələdiyyəyə məxsus rəsmi sənəd hesab edilən iki ədəd bank rekvizitlərini, bir ədəd möhürü və bir ədəd ştampı qanunsuz olaraq özündə saxlamaqla gizlədib.


Masallı Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla o, 1 il müddətə islah işləri cəzasına məhkum edilib.


Qeyd: Solmaz Tağıyeva eyni zamanda Masallı rayon Xırmandalı kənd tam orta məktəbdə müəllim işləyir. 

Kamal Məmmədov 

Tarix: 30 Avqust 2024, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin