BURADA REKLAMINIZ OLA
BİLƏR

Pavel Durovun qardaşı yoxa çıxdı

Rusiyalı iş adamı və "Telegram"ın yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov qardaşının Fransada həbsindən sonra yoxa çıxıb.

 

Bu barədə Nikolayın keçmiş müəllimi Sergey Rukşin "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.

 

Qeyd olunur ki, o, həmçinin qardaşının həbsindən sonra mesencerin şifrələmə açarlarını da gizlədib. Hazırda o, əlaqəyə girmir və onun dəqiq yeri məlum deyil.

 

"O, mənim mesajlarıma da cavab vermir. Buna görə də, baş verənlərə reaksiyasını öyrənmək hələlik çətindir", - Rukşin bildirib.

 

Oxu.az

 

Pavel Durovun qardaşı yoxa çıxıb

Tarix: 31 Avqust 2024, 03:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin