Azərbaycanda 2024-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 % artıb. 2024-cü il mart ayının 1-nə olan statistikaya görə, əhali sayı 10187539 nəfərə çatıb. Beləliklə, əhalinin bir kvadrat kilometrə düşən sayı 118 nəfər olub. Hər il dünya ölkələri demoqrafik göstəriciləri nəzərə alaraq əhali sayını artırmaq məqsədilə müxtəlif proqramlar həyata keçirirlər. Bir neçə gündür, Cənubi Koreyanın bu istiqamətdə verdiyi qərar hər kəs tərəfindən maraqla qarşılanıb. Belə ki, Cənubi Koreyada yeni tanış olan cütlüklərə 360 dollar, evlənənlərə isə 15 min dollar pul verilir. Müzakirlər zamanı bildirilir ki, bu cür qərarların verilməsi ailədə kişilərin məsuliyyətdən yayınmalarına gətirib çıxaracaq.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Lalə Mehralı deyib ki, Cənubi Koreya bu qərarı ölkədə demoqrafik vəziyyətin çox təhlükəli həddə olması səbəbindən qəbul edib.

“Cənubi Koreya dünyada əhalisinin sayına görə aşağı səviyyədə olan ölkələr arasında yerləşir. Orada doğum nisbəti olduqca aşağı düşüb. Bunu ölkə əhalisinin sayını artırmaq üçün təşviqedici plan kimi həyata keçirirlər. Məncə, olduqca qənaətbəxş plandır. İnsanları evlənməyə və nəsil artırmağa təşviq edə bilər. Biz onsuz da həmişə deyirik ki, Azərbaycanda “uşaq pulu”nun verilməsi də bu məqsədə xidmət edir. İnsanlar nəyə görə bir uşaqla kifayətlənirlər? Ölkəmiz "cırtdan ailə" ölkəsinə dönüb. Azərbaycan ailələrinin əksəriyyəti ata, ana və bir uşaqdan ibarətdir. Maksimum halda iki uşaq dünyaya gətirirlər. Belə vəziyyətlərdə bütün ölkələrdə plan, mexanizm hazırlanır ki, insanları nəsil artırmağa necə sövq etmək olar? Düzdür, bizdə o məbləğlərdən söhbət gedə bilməz. Amma heç olmasa, hər uşaq üçün müəyyən qədər aylıq pul ayrılsa, ailələr də nəsil artırmağın marağında olarlar. Evlənənlərə pul ayrılması ailə başçılarının tənbəlləşməsinə xidmət etməz. Əksinə, vətəndaş dövlətinin yanında olduğunu hiss edər ki, sabah bir yox, iki övladı olacaqsa, dövlət ona hər hansı mexanizmlə dəstək göstərəcək. Deməli, işsiz qalsa, problemi olsa, uşaq o problemi hiss etməyəcək. Bunu olduqca müsbət addım kimi qiymətləndirirəm. Çünki lazımdır. Bu cür təşviq dünyanın bütün ölkələrində doğum nisbəti aşağı düşəndə həyata keçirilən tədbirlər planından biridir. İnsan niyə fikirləşməlidir ki, “bir uşağım var, ikincini nə edirəm?” Axı düşünmək lazımdır ki, bir uşağın özü belə həm ailənin, həm də dövlətin gələcəyi baxımından azdır. Əhali sayı azalır, ölümlərin sayı artır. Müharibələr, xəstəliklər var. Əhalinin sayının azalması ölkənin, millətin sonu deməkdir. Bundan həm ailələr, həm də dövlətlər narahat olmalıdırlar ki, mövcudiyyətlərini qoruyub saxlaya bilsinlər”.
Məsələni psixoloji baxımdan şərh edən psixoloq Gülnar Orucova isə deyib ki, dövlət evlənən cütlüklərə vəsait ayırsa, mütləq müəyyən şərtləri də nəzərdə tutmalıdır:

“Bizdə Cənubi Koreyadakı kimi yeni evlənənlərə 15 min dollar versələr, buna da müəyyən şərtlər qoyulmalıdır. İnanın, o puldan ötrü evlənib, daha çox ayrılan insanları görərik. Bu pul cütlüklərə evli qaldıqları müəyyən müddət ərzində verilməlidir. 15 min dollar öncədən verilsə, anlaşmalı evliliklərin sayı daha çox olacaq. Ölkəmizdə toyla əlaqədar qoyulan adət-ənənələr son dövrlərdə daha çox şişirdilib Əvvəllər bir üzük, bir yaylıq gətirərdilər. Bununla da nişan, toy olardı. İndi adətləri daha dəbdəbəli formada edirlər deyə ən bahalı restoranı seçirlər, toydan öncə kasıb bir insan minimal 10-15 min manatlıq qızıl almalı olur. Toyun xərci toy edən gənclərin deyil, ata-ananın üzərinə düşür. Xərclərinə görə, həqiqətən, bəzi insanlar heç toy etmək istəmirlər. Çünki fikirləşirlər ki, “özümə toy etmək üçün 35-40 min manat pul xərcləyəcəyəm”. İnsanlar tanıdıqları, tanımadıqları hamını toya çağırırlar. Səbəb də budur ki, toydan daha çox xərc götürüb, aldıqları borcları ödəmək istəyirlər. İnsanların çoxu qızılı, cehizi kimdənsə borc götürərək alır. Düşünürlər ki, toydan pul yığıb cehizin borcunu qaytaracağam. Hal-hazırda restoranlarda minimum qiymət adambaşı 35-40 manatdır. Buna görə də toy sahibi toydan o qədər də pul götürə bilmir. İnsanlar aylarla işləyib toyun borcunu ödəyirlər. Bir də baxırıq ki, heç toyun borcu bitməmiş ailələr dağıldı. Əvvəllər iki-üç il sonra boşanmalar olurdusa, indi toydan 6-8 ay sonra boşanan cütlüklər var...”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
Ən son xəbərləri səhifəmizdən də izləyin