BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçalada seçki məntəqəsində gərginlik: Deputatlığa namizəd qarşı tərəfin nümayəndəsinin üzündən itələdi, sonra... - VİDEO

70 saylı Neftçala seçki dairəsinin Qaçaqkənd seçki məntəqəsində gərginlik müşahidə olunub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə deputatlığa namizəd Vəfa Nağı və digər deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri Tənzilə Rüstəmxanlının nümayəndəsi Hüseyn Qurbanov arasında baş verib.

 

Belə ki, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra isə V.Nağı H.Qurbanova "şərəfsiz" deyərək telefonla üzündə itələyir, şillə vurur. Bu zaman qarşı tərəf də ona şillə vurur və telefonu yerə düşür.

 

Sonra V.Nağı sosial şəbəkədə canlı yayımda bildirib ki, seçki məntəqəsində onun və müşahidəçilərinin fəaliyyətinə maneələr yaradılıb, məntəqədən kənarlaşdırılıblar. 

 

VHP-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Şərəfxanlı isə bildirib ki, hər kəs ifadələrinə diqqət etməlidir: "Deputatlıq iddiasında olan Vəfa Nağı da əvvəl normal cümlə qurmağı öyrənsin. Aqressiya və zor göstərən Vəfa, qarşı tərəf Hüseyn Qurbanov. Öz əsərin, öz qanqalındır..."

 

Tərəflər bir-birilərini təxribat törətməkdə ittiham ediblər. 

 

Tarix: 1 Sentyabr 2024, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin