BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-nin tenderinin qalibi olan şirkətə yazılan protokola baxılacaq tarix açıqlandı

"Yussal Provision" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq.

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

 Qeyd: Şirkət bir neçə il öncə Fövqəladə Hallar Nazirliyinin elan etdiyi tenderin qalibi olub.

 

Xəyal Quliyev

Tarix: 2 Sentyabr 2024, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin