BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayan cinsi azlığın nümayəndəsi apellyasiya şikayəti verdi

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 5-nə təyin edilib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Nurlan Məhərrəmov mübahisə zəminində sosial şəbəkələrdə tanış olduğu Rasim Əliyevi bıçaqlayıb.
 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülmüşdü.


Kamal Məmmədov 

Tarix: 2 Sentyabr 2024, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin