BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağadadaş Ağayevlə bağlı hadisədə adı hallanan mühafizə şirkəti məhkəmə qarşısında

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və "Vətən-N Mühafizə Xidməti" MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, Müfəttişliyin MMC ilə bağlı tərtib etdiyi protokol Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: İyulun 23-də Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün "MedEra" hospitalından yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev klinikanın qarşısına gələrək əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib. Faktla bağlı cinayət işi başlanılıb. Məlum olub ki, həmin mühafizəçi klinikanın deyil, Vətən-N Mühafizə Xidməti"nin əməkdaşıdır.

 

Xəyal Quliyev

Tarix: 3 Sentyabr 2024, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin