BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə sədri barəsində tərtib olunan protokola bu tarixdə baxılacaq

Qəbələ rayonu Nic bələdiyyəsinin sədri Dallari Valeriy Raginiyə yazılan protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin sədrliyi ilə sentyabrın 12-də baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 3 Sentyabr 2024, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin