BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübahisə etdiyi gənc oğlanı öldürən şəxs hökmdən narazıdır

Bakıda qətl törətməkdə təqsirləndirilən Həsənağa Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.

 

Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 3 Sentyabr 2024, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin