BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu kənd işıqsız qalıb - “Külək əsən kimi söndürürlər...”

Xaçmaz rayonunun Gödəkli kəndi ötən gün əsən güclü külək zamanı işıqsız qalıb. 

 

Kənd sakinlərinin Pravda.az-a ünvanladıqları şikayətdə bildirilib ki, Gödəklidə hər dəfə külək əsən kimi eyni hal baş verir, elektrik xətlərində qəza olmadığı halda işıqlar söndürülür. 

 

İşıqların uzunmüddətli yanmaması xüsusilə yay aylarında soyuducu, kondisioner baxımından Gödəkli sakinlərinə çətinlik yaradır. 

 

Pravda.az məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlayıb. 

 

Aytəkin Qardaşova 

Tarix: 3 Sentyabr 2024, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin