BURADA REKLAMINIZ OLA
BİLƏR

“Naxçıvan duzu” yenidən satışda olacaq - Tarix açıqlandı

Bakıda fəliyyət göstərən iri super marketlərdə 4 aya yaxındır, “Naxçıvan duzu” satılmır.

 

Pravda.az xəbər verir ki, sonuncu dəfə satışa buraxılan duzun istehsal tarixi 2024-cü ilin may ayıdır. 

 

Hazırda “Naxçıvan duzu”nu yalnız paytxatın bəzi xırda marketlərində tapmaq mümkündür. 

 

Məsələni aydınlaşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqə saxlayıb. 

 

MMC-dən bildirilib ki, may ayından bəri tender məsələlərinə görə zavodda istehsal dayanıb: 

 

“Əlimizdə ola malları may ayına qədər satışa veririk. Sadəcə, tender məsələlərinə görə istehsal bir müddətlik dayanmışdı. Artıq istehsala başlamışıq. Yaxın zamanda hər şey tam qaydasına düşəcək. Bu ay ərzində “Naxçıvan duzu” satışa çıxarılacaq”. 

 

Aytəkin Qardaşova

Tarix: 3 Sentyabr 2024, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin