BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşına söyüş söydü, əlini bıçağa atdı - QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elbəyi Əhmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 08 dekabr 2023-cü il tarixdə, saat 23:30 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “İmamzadə” türbəsinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, Elbəyi Əhmədli tanışı, zərərçəkmiş Ceyhun Məmmədovıa mübahisə edib. Mübahisəyə səbəb isə Ceyhunun təqsirləndirilən şəxsin qardaşının ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman Elbəyi özü ilə gətirdiyi bıçaqla zərərçəkmiş şəxsin döş qəfəsinə qəsdən bir zərbə vuraraq ona bədən xəsarəti yetirib. 

 

Hadisədən sonra Elbəyi Əhmədli saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 4 Sentyabr 2024, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin