BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həmkəndlisini bıçaqlayan şəxslə bağlı qərar verdi

Gəncə Apellyasiya Məhkəməsində Göygöldə həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Ayxan Nağızadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Nağızadə 3 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs olunub. 
 

Qeyd: Göygöl rayonunun Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya “qarnın sağ ön yan divarının daxilə nüfuz etmiş yarası” ilə müşayiət edilən xəsarət yetirib. Faktla bağlı Göygöl rayon polis şöbəsinin istintaq bölməsində Nağızadə Ayxan Elçin oğlunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

 

 

Tarix: 4 Sentyabr 2024, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin