BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 5 il əvvəl arvadını öldürən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən Yavər Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.

 

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan 1990-cı il təvəllüdlü Yavər Əliyev 1995-ci il doğumlu həyat yoldaşı Nuranə Əliyevanı qısqanclıq zəminində Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb, daha sonra yolun kənarına atıb.

 

Yaralı yoldan keçən şəxslərin köməyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nuranə Əliyeva xəstəxanada dünyasını dəyişib.

 

Müəyyən olunub ki, Yavər Əliyev arvadının onu başqa kişi ilə aldatmağından şübhələnib və cinayətə əl atıb.

 

Qeyd edək ki, Goranboy rayonundan olan və Bakıda kirayə yaşayan cütlüyün iki azyaşlı övladı var.

 

İstintaq orqanı tərəfindən Yavər Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

 

Tarix: 5 Sentyabr 2024, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin