BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 1 manat çay puluna görə sahibkarı döyən şəxslə bağlı qərar verdi

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda tərqsirlədirilən Aqil Səfərovun (şərti) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə ötən il Sabirabad rayonu Qalağayın kəndində yerləşən çayxananda qeydə alınıb.

 

Belə ki, Aqil Səfərov həmkəndlisi, zərərçəkmiş Tural Babayevə (şərti) məxsus çayxanada əyləşərək çay içib. Sonra zərərçəkmiş ondan bir manat çay pulu borcunu istəyib. Bu zaman Aqil Turalı  söyüb təhqir edib, yerdən götürdüyü taxta parçasını onun təpə nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirib. Daha sonra o, daş parçasını zərərçəkmişin çay evinin qarşısında saxladığı “Ford” markalı avtomobilə ataraq arxa sol şüşəni zədələyib.

 

Hadisədən sonra Aqil Səfərov saxlanılaraq istintaqa cəlb edilib.

 

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi. 

 

Kamal Məmmədov

Tarix: 5 Sentyabr 2024, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin