BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik “Bir gündə 650 min ağac əkək” kampaniyasında iştirak etdi

Birinci vitse-prezident Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində keçirilən aksiyaya Kənd Təsərrüfatı Nazirliyinin kollektivi də qoşulub.

 

Pravda.az-ın xəbərinə görə, nazirlik nümayəndələri bu kampaniyanın tərkib hissəsi olan Müşfiqabad qəsəbəsində ağac tinglərinin əkilməsində fəal iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkiblər.

 

Qeyd edək ki, bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.

 

Xatırlatma: Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

 

Fotoları təqdim edirik
Tarix: 6 Dekabr 2019, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin