BURADA REKLAMINIZ OLA
BİLƏR

“İstisu” qastrit xəstələrinə əks göstərişdir? - Endokrinoloq AÇIQLADI

Tanınmış endokrinoloq Lamiyə Nəbibəyli yeni satışa buraxılmış “İstisu” təbii mineral sularının müalicəvi əhəmiyyətinə görə həkim nəzarəti olmadan istehlak edilməməsi barədə müzakirələrə aydınlıq gətirib. 

 

Həkim Pravda.az-a açıqlamasında deyib ki, mineral su tərkibində həll olmuş duzlar, mikroelementlər, o cümlədən bioloji aktiv komponentlər olan suya deyilir. 

“Yəni “mineral” adlandırılması suyun tərkibində mikroelementlərin çoxluğuna görədir və yerindən çıxmasından, miqdarından asılı olaraq dəyişilir. Biri var, adi içmək üçün nəzərdə tutulan süfrə suları, bir də var ki, sırf müalicə suları. Müalicəvi əhəmiyyətli suları iki-üç həftədən artıq istehlak etmək olmur. Dediyim kimi, tərkibindəki kimyəvi elementlərin miqdarından ayırd edirik ki, suyun minerallaşma dərəcəsi nə qədərdir. 1 litr suda minerallaşma 1 qrama qədərdirsə, buna adi içməli su deyilir. Minerallaşma 1 qrama qədər olanda su sadə minerallaşmış, 1-2 qram arası olanda zəif minerallaşmış, 5-10 qramdan yuxarıdırsa, orta minerallaşmış, 10-15 qramdan yuxarıdırsa, yuxarı minerallaşmış su adlanır. Buna görə də tərkibindən asılı olaraq 1 litrdə 1 qramdan az minerallaşmış suları gündəlik problemsiz istifadə edə bilərik. Su müalicəvi süfrə suyudursa, tərkibində 1 qramla 10 qram arasında minerallaşma olur. Buna görə də mütləq həkim nəzarəti ilə istehlak edilməlidir. Bu cür suları istifadə etmək olar, amma müəyyən qədər fasilələr vermək lazımdır. Bir də var ki, tam müalicəvi sular. Belə suların tərkibindəki mineralların miqdarı 10 qramdan yuxarı olur. Bunlar adi süfrə üçün uyğun deyil. Bildiyim qədərilə, "İstisu" tam müalicəvi su sayılmır. Sadəcə, müalicəvi süfrə suyu kimi gedir. Tərkibində minerallaşma 1-10 qram arasıdır. Buna görə də rahat istifadə etmək olar. Qeyri-adi əks göstərişi yoxdur”. 

 

L.Nəbibəyli suların müəyyən edildiyi qrupları da sadalayıb: “Hidrokarbonatlı sular qələvi tərkibli olur. Qastrit xəstələrinə əks göstərişdir. Çünki tərkibində hidrokorbonat var. Mədəyə düşəndə mədə turşuluğunu, şirəsini artıra bilir. Belə halda mədə daha da zədələnir. Sulfatlı suları isə uşaqlara, yeniyetmələrə icazə vermirlər. Çünki tərkibində sulfat var və kalsi ilə birləşir, nəticədə, orqanizmə qəbul olunan kalsi qana, sümüklərə keçmir. Yəni sən kalsi içmisən, amma həzm edə bilməmisən. Nəticədə sovrulması problemə çevrilir. Xloridli sular təzyiqi yuxarı olan adamlara olmaz. Maqnezium tərkibli sular da mədə xəstəlikləri olan adamlara məsləhət deyil. Tərkibində dəmir olan suları isə istifadə etməkdə problem yoxdur. Suyun turş, neytral, yaxud qələvi su olub-olmadığını bilmək üçün üzərindəki pH-a baxmalısınız. PH səviyyəsi 3,5-6,8 arasındadırsa, buna turş sular deyirik. 6,8-7,2 arasındadırsa, neytraldır, 7,2-dən yuxarıdırsa, 7,5-dirsə, qələvi su sayılır”. 

 

Qeyd: "Avrora" şirkəti “İstisu” mineral sularının rəsmi distribütorudur.

 

Aytəkin Qardaşova

Tarix: 7 Sentyabr 2024, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin