BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənniyə aeroportda hücüm çəkdilər

Türkiyəli müğənni Fatih Üreyin bir neçə həftə əvvəl İstanbul Hava Limanında xoşagəlməz hadisə ilə üzləşdiyi ortaya çıxıb. 

 

Avqustun 16-da qızdırmasının qalxması nəticəsində təcili xəstəxanaya çatdırılan 58 yaşlı sənətçi təyyarəyə minmək üçün əlil arabasında hava limanına gəlib. 

 

Əldə edilən məlumata görə, həmin vaxt bir sərnişin Üreki təhqir edib.

 

Mübahisə böyüdükcə Üreklə sərnişin arasında dava düşüb. Hadisəyə polis müdaxilə etmək məcburiyyətində qalıb. Baş verən qalmaqallı olayla bağlı uçuşda qısa müddətli gecikmə yaşanıb.

 

Fatih Ürekin qızdırması 40 dərəcəyə qalxdıqdan sonra dərhal Bodrumdakı özəl xəstəxanaya aparılıb./olay

Tarix: 8 Sentyabr 2024, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin