BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəblini avtomobillə vuraraq öldürən şəxs qərardan narazıdır

Bakıda yol qəzası törətməkdə təqsirləndirilən Elsevər Dədəcanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə keçiriləcək prosesdə sentyabrın 12-nə təyin edilib.

 

Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. 

 

Qeyd: "Volkswagen Tuareg" markalı avtomobillə 2016-cı il təvəllüdlü İbrahim Məmmədovu vuraraq öldürən 1981-ci il təvəllüdlü E.Dədəcanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

 

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə İbrahimin atası Orxan Məmmədov və digər şahidlər E.Dədəcanovun ötən il aprelin 29-u saat 23:30 radələrində avtomobillə yüksək sürətlə hərəkət etdiyini deyiblər. O.Məmmədov Elsevəri oğlunu maşınla vurduqdan sonra döydüyünü etiraf edib.

 

Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.

 

Məhkəmənin hökmü ilə E.Dədəcanova 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

Tarix: 9 Sentyabr 2024, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin