BURADA REKLAMINIZ OLA
BİLƏR

"Glotech İstehsal Avadanlıqları"nı cərimə gözləyir

"Glotech İstehsal Avadanlıqları" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 9 Sentyabr 2024, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin