BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir müavini: “Əsas odur ki, həmin ağaclara diqqət və qayğı daimi olsun"

“Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəylik nümayişi idi. Bizə daxil olan məlumatlara görə, əkilən ağacların sayı 650 mini keçib".

 

Pravda.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib.

 

O bildirib ki, ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib: "SOCAR əməkdaşları 100 min ağac əkib. Hətta 12 min ağac əkilməsi üçün gəmi ilə Çilov adasına göndərildi. Bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür. Regionlara paylanılan ağac tingləri iqlim şəraitinə görə seçilmişdi. Yəni, ağac əkilməsi xatirinə seçim olmadı. Əsas odur ki, həmin ağaclara diqqət və qayğı daimi olsun".

 

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.

 

Tarix: 6 Dekabr 2019, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin