BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını döyən şəxs məhkəmə zalından həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Taleh Nağıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydə alınıb.

 

Belə ki, Taleh Nağıyev evdə keçmiş arvadı, zərərçəkmiş Ülkər Bayramlı (şərti) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, qadının sifət nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Taleh Nağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclas zalından həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 10 Sentyabr 2024, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin