BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışı ilə birgə həmyerlisinə xəsarət yetirən şəxslə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Habil Həsənov və Yunis Məmmədovun (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 2 iyul 2023-cü il tarixdə, saat 2 radələrində Tərtər rayonunun Hacıqərvənd kəndində qeydə alınıb.


Belə ki, Habil Həsənov və onun tanışı Yunis Məmmədov heç bir əsaslı səbəb olmadan zərərçəkmiş Uğur Babayevlə (şərti) mübahisə edib. Bu zaman Habil Həsənov deşici-kəsici alətlə zərərçəkmiş şəxsin sol qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirib


Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Tərtər Rayon Məhkəməsinin hökmü ilə Habil Həsənov 2 il 6 ay və Yunis Məmmədov isə 7 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 


Tarix: 10 Sentyabr 2024, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin