BURADA REKLAMINIZ OLA
BİLƏR

"Alsu Mall" cərimələndi

"Alsu Mall" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyevin icraatındadır. Baxış iclası sentyabrın 19-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 10 Sentyabr 2024, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin