BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas Tofiq Yaqublunun işində adının hallanmasına münasibət bildirdi

VI çağırış Milli Məclisin deputatı Aqil Abbas Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəməsində onun əleyhinə ifadə verən Elşən Hüseynov adlı şəxslə birgə “Ədalət” qəzetinin redaksiyasında çəkilən fotosunun paylaşılması, T.Yaqublunun əleyhinə ifadə verməklə həmin şəxsi öyrətməsi barədə yayılan iddialara cavab verib. 

 

A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, Elşən Hüseynov adlı şəxsi tanımır. 

 

“Elşən Hüseynov kimdir? Redaksiyaya kimsə gələ bilər. Mənimlə iki min adam şəkil çəkdirir. Hamının adını əzbər bilirəm? Mən onu heç tanımıram, vəssalam”. 

 

Aytəkin Qardaşova 

Tarix: 10 Sentyabr 2024, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin