BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacıqabula yeni təyin olunan icra başçısı ilk qəbulunu keçirdi

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov ilk səyyar qəbul-görüşünü Hacıqabul rayonunun Atbulaq kənd sakinləri ilə keçirib.

 

Pravda.az xəbər verir ki, Atbulaq kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov respublikada aparılan sosial-iqtisadi islahatlardan, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışıb. Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açıb.

 

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini cavablandıran Rüstəm Xəlilov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

 

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Fotoları təqdim edirik
Tarix: 6 Dekabr 2019, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin