BURADA REKLAMINIZ OLA
BİLƏR

“Morq”un həyətində şöbə rəhbərini təhqir edən şəxsə hökm oxundu

Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Namiq Rəfizadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aydan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 16 avqust 2023-cü il tarixdə, saat 23 radələrindən 17 avqust 2023-cü il tarixə keçən gecə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinin həyətində qeydə alınıb. Belə ki, Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qardaşını itirən Namiq Rəfizadə sözügedən şöbənin qarşısına gəlib. O, “Toyota Prius” markalı avtomobilindən düşüb “morq”a daxil olmaq istəyərkən orada olan polis əməkdaşları ona qapı bağlı olmasını, ekspertin isə hələ gəlmədiyini bildirib. Sonra Namiq səs-küy salıb şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Eldar Məmmədova nalayiq ifadələr işlədib. Daha sonra o, həmin şöbənin arxa giriş qapısının cəftəsini əli ilə qəsdən vurub sındırıb və idarə etdiyi maşınla qurumun yan tərəfinə qəsdən bir dəfə çırpıb. Beləliklə, Namiq Rəfizadə sözügedən şöbəyə ümumilikdə 280 manat maddi ziyan vurmaqla xuliqanlıq edib.

 

Kamal Məmmədov

Tarix: 11 Sentyabr 2024, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin