BURADA REKLAMINIZ OLA
BİLƏR

Çay evində hesaba görə nəzarətçi döyüldü, elektron qolbaq taxıldı

Quba Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elmar Tahirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 12 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Quba şəhəri, M.Qorki küçəsində yerləşən ictimai “Şah house" çay evində qeydə alınıb. Belə ki, həmin obyektdə sərxoş vəziyyətdə olan rayon sakini, 2001-ci il təvəllüdlü Elmar Tahirov hesabın artıq deyilməsi səbəbindən mübahisə edib. Bu zaman çay evində nəzarətçi işləyən zərərçəkmiş Şeyda Quliyev (soyadı şərti) onu intizama dəvət edib oradan kənarlaşdırıb. Elmar isə çay evinin qarşısında mübahisəni davam edərək təxminən 15 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozub və zərərçəkmiş şəxsin üzərində zor tətbiq edib, onu söyüb. Sonra o, Şeydanı itələyib yerə yıxıb və təpiklə vurub. Onları ayırsalar da, Elmar qərəzli hərəkətlərini davam etdirib yenidən zərərçəkmiş şəxsə yaxınlaşıb, onu bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vuraraq xəsarət yetirib.

 

Hadisədən sonra Elmar Tahirov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 11 Sentyabr 2024, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin