BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı da istefa verəcək?

Ağ Partiyanın sədri Tural Abbaslı istefa verəcəyi barədə xəbərlərə münasibət bildirib.

 

O, Pravda.az-a açıqlamasında belə deyib: “Ətrafımda “Tural parlament seçkilərində uduzub” kimi bir diskussiya getdiyini eşitməmişəm. Uduzub-uduzmamaq anlayışı Azərbaycanda bir az nisbidir, çünki seçkilərin nə qədər ədalətli, demokratik olması məsələsi müzakirə olunan cəmiyyətlərdə kimin qalib gəldiyi, kimin məğlub olduğu bilinmir. İkincisi, bu məsələlər bir çox hallarda partiyaların daxili işləridir. Ola bilsin, hansısa partiya sədri deyir ki, mən getmək istəyirəm. Bəziləri istefa verə bilər, bəziləri partiyadaxili rəy sorğusu keçirər. Ağ Partiyada isə bu məsələ, ümumiyyətlə, müzakirə olunmur. Bu barədə düşünmürük. Partiyanın gücləndirilməsi, təşkilatlanması istiqamətində işlərimizə davam edirik. Ağ Partiyanın cəmiyyətdəki nüfuzunu, ona olan münasibəti də, seçkilərdə həqiqi aldığımız nəticənin nə olduğunu da gözəl bilirik. Bu nəticələr bir çox hallarda rəsmi nəticələrlə üst-üstə düşmür. Nəticələrimizin rəsmi nəticələrdən daha müsbət olduğunu biz də bilirik...” 

 

Aytəkin Qardaşova 

Tarix: 12 Sentyabr 2024, 16:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin