BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusla bağlı şad xəbər - Hazırlanan peyvənd nəticə verdi

Çin alimləri tərəfindən  COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.

Pravda.az xəbər verir ki, nəticələr ümidverici olub. 

Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.

Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.

Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan “AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti “CanSino Biologics”in və ABŞ-ın dərman firması “Moderna”nın peyvəndləridir.APA

Tarix: 11 İyun 2020, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin