BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel evinin anbarlarından 100 minlik oğurluq edən şəxslərlə bağlı qərar verildi

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən dəstə üzvləri - Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynovun (hər üçünün ad, soyadı şərti) barəsindəki hökmdən yenidən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2022-ci ildə müxtəlif vaxtlarda şirkətlərdən birinə məxsus olan “Evim AVM” mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində və Xalçaçılığın arxasında yerləşən anbarlarında qeydə alınıb.

 

Belə ki, təqsirləndirilən şəxslər Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynov anbarlara qapısının açılması yolu ilə qanunsuz daxil olublar. Onlar ümumilikdə 96 270 manat dəyərində əmlakı gizli olaraq talayıblar. 

 

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti vermişdirlər.

 

Kamal Məmmədov

 

 

Tarix: 13 Sentyabr 2024, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin