“20 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi xəstəlikdən ölmüş, murdar olmuş heyvan ətlərinin, eləcə də at və eşşək ətinin regionlardan şəhərə daşınmasını təqib edir. İllərdir ki, biz bununla mübarizə aparırıq. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar vaxtaşırı ekspertizalar keçirir, bunu edənləri ifşa edirlər. Nədənsə Azərbaycan Məhkəmələri çox qısa müddətdən sonra Daxili İşlər Nazirliyinin əhəmiyyətli işini yerə vurur və həmin insanları yenidən azadlığa buraxırlar. Biz bu vəziyyətlə qətiyyən razılaşmırıq!” Bu sözləri Yenisabah.az-a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. Bakıya gətirilən at, eşşək və leş heyvan ətləri barədə danışan ekspert uzun illərdir ki, bunun qarşısını birdəfəlik almağın mümkün olmadığını qeyd edib: “20 ildən çoxdur ki biz bu halın kökünü kəsə bilmirik. İllər öncə bir fermer mənə yığıb dedi ki, Eyyub müəllim, inəklərimdən biri xəstəlikdən öldü, mən inəyi aparıb uzaq qamışlığa atdım ki, xəstə heyvanı fermanın itləri tapıb yeməsin, amma leş yığanlar gəlib murdar olmuş heyvanı tapıblar dərisini soyurlar, aparacaqlar, nə edim?
Biz həmin vaxt polis qarşısında məsələ qaldırdıq, həmin adamları elə yerindəcə yaxaladılar. Bunu mənə deyən adamın sonda yanıbalalı inək almasına nail olduq. Bu, çox uğurlu iş idi. Bu cür hallar bu gün də davam edir.
Bu gün ölkədə heç bir ətin satışına qadağa yoxdur. Sadəcə bir şərt var ki, satdığın ətin hansı heyvana aid olduğunu qeyd etməli, istehlakçını aldatmamalısan.
Bu isə düşünürəm ki, səhv mövqedir. Qida Təhlükəsizliyi Agentliyi, Nazirlər Kabineti bir siyahı dərc etməli və qeyd etməlidir ki, hansı heyvanların ətinin satılması qadağandır”.
O, aidiyyəti qurumların bəzi heyvan ətlərinin satışına qadağa qoymalı olduğunu bildirib:
“Azad İstehlakçılar Birliyində 1963-cü ildə dərc olunmuş kitab var, həmin kitabda 15 Sovet respublikası arasında bir Azərbaycanın eşşək əti yeməli ət kimi göstərilir. Sonralar məlum oldu ki, bu kitabı ermənilər tərtib ediblər və bizi bütün dünyaya vəhşi xalq kimi göstərmək istəyiblər.
Nədənsə bu günə kimi Qida Təhlükəsizliyi Agentliyi mövqe nümayiş etdirərək Azərbaycanda yeyilməyən ətlər barədə məlumat vermir, onların satışına qadağa qoymur. Belə şəraitdə əlbəttə ki, murdar heyvan ətləri, eşşək əti satanlar dayanmayacaqlar.
Onların bu gün hər yerə, həmçinin şadlıq saraylarına da yol tapdıqları istisna olunmur”.
E.Hüseynov paytaxta gətirilən murdar ətlərin hansı müəssisələrə paylandığının məlum olmadığını deyib:
“Təəssüflər olsun ki, hələ də bilinmir ki, murdar ət satanlar onu hansı müəssisəyə aparırlar. Amma harasa apardıqları dəqiqdir, çünki tələb olmasa, təklif də olmaz. Güman edirəm ki, həmin ətlər qarışıq şəkildə, başqa ətlərə qarışdırılaraq satılır. Bu ətlər şadlıq evlərinə də, uşaq bağçalarına da, dönərxanalara da gedib çıxa bilər. Biz bu ətlərin sonuncu ünvanının istehlakçı olduğunu bilsək də, təəssüf ki, hansı yolla istehlakçıya satıldığını bilmirik.
Son illər Qida Təhlükəsizliyi Agentliyi bu sahədə çox iş görüb, bu ətləri satanlar xeyli azalıb, amma hələ də murdar heyvan əti, at və eşşək əti satanlar var”.
7 Oktyabr 09:11
7 Oktyabr 09:09
7 Oktyabr 09:06
7 Oktyabr 09:04
7 Oktyabr 09:01
7 Oktyabr 08:50
7 Oktyabr 08:48
7 Oktyabr 08:45
7 Oktyabr 08:38
7 Oktyabr 08:36
7 Oktyabr 07:28
7 Oktyabr 06:45
7 Oktyabr 06:43
7 Oktyabr 00:20
7 Oktyabr 00:17
6 Oktyabr 21:58
6 Oktyabr 21:55
6 Oktyabr 21:52
6 Oktyabr 20:03
6 Oktyabr 19:55
6 Oktyabr 19:28
6 Oktyabr 18:37
6 Oktyabr 18:25
6 Oktyabr 18:19
6 Oktyabr 18:14
6 Oktyabr 17:41
6 Oktyabr 16:57
6 Oktyabr 16:45
6 Oktyabr 16:19
6 Oktyabr 15:35
6 Oktyabr 15:10
6 Oktyabr 14:29
6 Oktyabr 14:26
6 Oktyabr 14:22
6 Oktyabr 14:21
6 Oktyabr 14:20
6 Oktyabr 14:18
6 Oktyabr 14:10
6 Oktyabr 14:06
6 Oktyabr 14:00
6 Oktyabr 13:47
6 Oktyabr 13:28
6 Oktyabr 12:36
6 Oktyabr 12:00
6 Oktyabr 11:46
6 Oktyabr 11:18
6 Oktyabr 11:04
6 Oktyabr 11:03
6 Oktyabr 11:00
6 Oktyabr 10:59
6 Oktyabr 10:55
6 Oktyabr 10:52
6 Oktyabr 10:03
6 Oktyabr 09:00
6 Oktyabr 08:50
6 Oktyabr 08:42
6 Oktyabr 08:32
6 Oktyabr 00:19
6 Oktyabr 00:15
6 Oktyabr 00:12
6 Oktyabr 00:09
5 Oktyabr 21:45
5 Oktyabr 21:42
5 Oktyabr 20:59
5 Oktyabr 20:56
5 Oktyabr 20:52
5 Oktyabr 20:05
5 Oktyabr 20:03
5 Oktyabr 20:02
5 Oktyabr 19:59
5 Oktyabr 19:56
5 Oktyabr 19:52
5 Oktyabr 19:48
5 Oktyabr 19:48
5 Oktyabr 19:47
5 Oktyabr 19:45
5 Oktyabr 19:42
5 Oktyabr 19:40
5 Oktyabr 19:38
5 Oktyabr 19:36
5 Oktyabr 19:10
5 Oktyabr 18:42
5 Oktyabr 18:31
5 Oktyabr 18:27
5 Oktyabr 18:08
5 Oktyabr 18:04
5 Oktyabr 17:09
5 Oktyabr 17:06
5 Oktyabr 17:03
5 Oktyabr 16:34
5 Oktyabr 16:07
5 Oktyabr 15:41
5 Oktyabr 14:38
5 Oktyabr 14:36
5 Oktyabr 14:31
5 Oktyabr 14:29
5 Oktyabr 14:27
5 Oktyabr 14:25
5 Oktyabr 14:19
5 Oktyabr 14:16
5 Oktyabr 14:14
5 Oktyabr 14:12
5 Oktyabr 14:10
5 Oktyabr 14:07
5 Oktyabr 14:06
5 Oktyabr 14:05
5 Oktyabr 13:58
5 Oktyabr 13:55
5 Oktyabr 13:31
5 Oktyabr 13:29
5 Oktyabr 13:22
5 Oktyabr 13:08
5 Oktyabr 13:04
5 Oktyabr 12:45
5 Oktyabr 12:30
5 Oktyabr 12:25
5 Oktyabr 11:32
5 Oktyabr 11:27
5 Oktyabr 11:16
5 Oktyabr 11:13
5 Oktyabr 10:58
5 Oktyabr 10:44
5 Oktyabr 10:23
5 Oktyabr 10:07
5 Oktyabr 09:52
5 Oktyabr 09:15
5 Oktyabr 08:15
5 Oktyabr 07:44
5 Oktyabr 07:42
5 Oktyabr 07:41
5 Oktyabr 07:37
5 Oktyabr 07:35
5 Oktyabr 07:34
5 Oktyabr 07:32
5 Oktyabr 07:30
5 Oktyabr 07:29
5 Oktyabr 07:24
5 Oktyabr 07:20
5 Oktyabr 07:18
5 Oktyabr 01:10
5 Oktyabr 01:05
5 Oktyabr 01:02
5 Oktyabr 00:53
5 Oktyabr 00:45
4 Oktyabr 21:04
4 Oktyabr 21:03
4 Oktyabr 21:02
4 Oktyabr 21:01
4 Oktyabr 20:57
4 Oktyabr 20:17
Ən son xəbərləri səhifəmizdən də izləyin