BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəb binalarının təmir və tikintisi ilə məşğul olan QSC cərimələnir

"RRM Təmir-Tikinti" QSC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır.

 

Qeyd: Bu il Təhsilin İnkişafi Fondunun respublika ərazisində məktəb binalarının təmiri və tikintisi ilə bağlı elan etdiyi tenderlərin ikisinin qalibi "RRM Təmir-Tikinti" QSC olub. Tenderlərin dəyəri 6 521 535 manat təşkil edir. QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN-dir. Şirkətin qanuni təmsilçisi Elnur Hümmətov Zahid oğludur. Hüquqi ünvanı Z1122, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov, ev 2B, m. 61 ünvanında yerləşir.

 

Xəyal Quliyev

Tarix: 16 Sentyabr 2024, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin