BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sevdiyi qızı küçədə öldürən şəxs yenidən məhkəməyə müraciət etdi

Bakıda qətl törətməkdə təqsirləndirilən Pərviz Paşapurun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 18-nə təyin edilib. 

 

Qeyd: Hadisə 2012-ci ildə Yasamal rayonu ərazisində baş verib. Belə ki, Şəki şəhər sakini 24 yaşlı Pərviz Paşapur yaşadığı evin qarşısında 18 yaşlı Günel Nəsirovaya 8 bıçaq zərbəsi vurub. Sonuncu xəstəxanaya çatdırılıb və orda çoxlu qan itirdiyindən dünyasını dəyişib.
 

Hadisədən təxminən 4 saat sonra Pərviz Paşapur könüllü polisə gələrək təslim olub.
 

İstintaqla müəyyən olunub ki, Pərviz Paşapur mobil telefonla mərhumun anasına zəng edərək qızı Günelin onunla danışmadığı halda onu öldürəcəyi ilə hədələyib.
 

Bundan sonra Paşapur əvvəllər elçi göndərməsinə baxmayaraq Günelin ona ərə gəlməməsini bəhanə edib sonuncunu həyatdan məhrum etmək qərarına gəlib.

 
Bu məqsədlə o, saat 16:40 radələrindən Şərifzadə küçəsində marketin qarşısında Günelin işdən çıxmasını gözləyib.
 

Saat 21:00 radələrində Günelin iş yoldaşı ilə işdən çıxmasını görən Pərviz onun arxasınca gəlib və evin qarşısında Nəsirovanı yerə yıxıb üzərindəki bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürüb.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2012-ci il tarixli hökmü ilə Pərviz Paşapur 15 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmündən apellyasiya şikayətinin verilməsi müddətini buraxıb. Təqsirləndirilən şəxs 12 ildən sonra müddətin bərpa edilməməsinə dair məhkəməyə müraciət edib. Lakin təmin olunmayıb. Daha sonra Pərviz həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onu şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

Tarix: 16 Sentyabr 2024, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin