BURADA REKLAMINIZ OLA
BİLƏR

Pula görə dayısını küçədə bıçaqlayan şəxsin işi Ali Məhkəmədə

Lənkəranda adam bıçaqlamaqda təqsirləndirilən Ramin Təhməzovun barəsindəki barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 17-nə təyin edilib. 

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

 
Qeyd: Hadisə 7 fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Mamusda kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. 

 

Kamal Məmmədov

Tarix: 16 Sentyabr 2024, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin