BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bravo”ya basqın edən şəxslər hökmdən narazıdırlar

“Bravo” hipermarketinə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 19-na təyin edilib.

 

Şikayət hakim Emin Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dəyanət Qüdrətov ömürlük, Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün Babək İsgəndərov isə 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bu günə kimi azadlıqda olan R.İsmayılov və B.İsgəndərov məhkəmə zalında həbs ediliblər.

 

Qeyd: hadisə ötən il martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

 

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. 

 

Hadisəyə görə, Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, İbrahim İbrahimovun, Babək İsgəndərov və Rövşən İsmayılov cinayət məsuliyyətinə cəlb edilib. 

 

Əməliyyat zamanı Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Onun işi ayrıca icraata verilib.

 

Kamal Məmmədov

Tarix: 17 Sentyabr 2024, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin