2025-ci ildə manatla bağlı devalvasiya qərarının verilib-verilməməsi bilavasitə dünya neft bazarındakı konyukturdan asılı olacaq
Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq. Xəbər verildiyi kimi, bu barədə “The Economist Group”un analitik bölməsi olan “Economist Intelligence Unit”"in (EIU) proqnozunda bildirilib.
Proqnozda qeyd olunur ki, 2024-2028-ci illər üçün tənzimləyicinin əsas siyasi prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsinin sabit saxlamaqdır.
Analitiklərə görə, artan qaz hasilatı 2024-28-ci illərdə Azərbaycanda real ümumdaxili məhsul (ÜDM) artımını təmin edəcək. EIU hesab edir ki, neftin qiyməti 2028-ci ilə qədər 70 ABŞ dolları/bareldən yuxarı qalacaq. Azərbaycanın orta müddətli artımı qeyri-neft və qaz sektorlarında istehsalın artmasından da faydalanacaq. 2024-28-ci illər üzrə iqtisadi artım proqnozu on illik tarixi orta göstəricidən daha yuxarı olacaq.
“The Economist” ümumilikdə 2024-cü il üzrə Azərbaycanda 2,6 faiz, 2025 və 2026-cı illərdə 2,9 faiz, 2027-ci ildə 3,1 faiz və 2028-ci ildə isə 3,2 faiz iqtisadi artım proqnozlaşdırıb(APA).
Qeyd edək ki, yalnız EIU deyil, əksər beynəlxalq səviyyəli analitik mərkəzlər yaxın və ortamüddətli dövrdə Azərbaycanda milli valyutanın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırlar. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən, “hökumət tərəfindən dəstəklənən Azərbaycan manatının məzənnəsi ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacaq”: “Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”.
“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin Azərbaycan üzrə proqnozuna görə, 2027-ci ilə kimi manatın məzənnəsi sabit qalacaq. Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini proqnozlaşdırır. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq.
Xatırladaq ki, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdığını açıqlayıb.
Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanda manatın məzənnəsi bilavasitə dünya neft bazarındakı qiymət konyukturundan asılıdır. Məhz neft-qaz ixracı ölkəyə tələbatı qarşılayacaq həcmdə xarici valyuta axınını təmin edir. Son həftələrdə neft bazarında Çin iqtisadiyyatından alınan məlumatlar fonunda qiymət enişi qeydə alınmaqdadır. Dünyanın ən böyük neft istehlakçı-idxalçısı olan Çində iqtisadi artım sürətinin zəifləməsi yalnız neft deyil, digər əsas xammal bazarlarında da pessimist əhvalın hökm sürməsinə gətirib çıxarıb. Bu amilə görə Beynəlxalq Enerji Agentliyi, ABŞ Energetika Nazirliyi, Fitch, hətta OPEK belə neftə olan qlobal tələbatın artım proqnozlarında eniş istiqamətində dəyişikliklər ediblər. Eyni zamanda neft qiymətlərinə dair proqnozlarda da azaldılmalar diqqəti cəlb edir. Belə bir şəraitdə neft qiymətlərinin kəskin enməsi ehtimalı artır ki, bu da Azərbaycanın ixrac gəlirlərində ciddi azalmaya səbəb ola bilər.
Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12.7 faiz azalaraq 30 milyard 995.42 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 25.1 faiz azalaraq 18 milyard 231.54 milyon ABŞ dolları, idxal isə 14.5 faiz artaraq 12 milyard 763.88 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, xarici ticarət dövriyyəsində 5 milyard 467.66 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azalma deməkdir.
Xarici ticarətdəki müsbət saldonun azalmasının əsas səbəbi neft ixracının həcm, qaz ixracının dəyər baxımından azalmasıdır. Energetika Nazirliyinin məlumatına əsasən 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib.
Hesabat dövründə 16 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,9 milyon tonu konsorsiumun, 2,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Respublika üzrə neft hasilatının 12,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 90 min tonu (kondensat) “Abşeron” yatağının payına düşmüş, SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,2 milyon ton təşkil etmişdi.
Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15 milyon tonu konsorsiumun, 2 milyon tonu isə SOCAR-ın payına düşüb.
Beləliklə, “Azəri-Çıraq-Günəşli”də neft hasilatı 1 milyon ton azalıb, konsorsiumun ixracında isə 1,1 milyon ton azalma var. SOCAR-ın ixracında cüzi - 100 min tonluq artım qeydə alınıb.
Gömrük statistikası göstərir ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan 23 ölkəyə ümumilikdə 10,3 milyard dollar dəyərində neft ixrac edib. Məlumata əsasən, neft ixracından gəlirlər son bir ildə 926,8 milyon dollar, başqa sözlə, 8,2 faiz, ixracın miqdarı isə 2 milyon ton və ya 11 faiz azalıb. Xam neft ixracı ümumi ixracın 56,54 faizini təşkil edib. Hesabat dövründə ən çox neft İtaliyaya ixrac edilib. Məlumata əsasən bu ölkəyə ixrac edilən neftin dəyəri 3,9 milyard dollar, miqdarı isə 6,2 milyon ton təşkil edib. İkinci pillədə İsrail qərarlaşıb. Məlumata görə, bu ölkəyə 1,3 milyard dollarlıq 2,2 milyon ton neft ixrac edilib.
Üçüncü yerdə isə 738,8 milyon dollar dəyərində 1,2 milyon min ton göstərici ilə Çexiya gəlir. Azərbaycan neft 7 ayın nəticələrinə görə ən baha qiymətə 1 tonu 657 dollara (1 117 manata) Almaniyaya, ən ucuz qiymətə 486 dollara (826 manata) Özbəkistana satılıb.
Energetika Nazirliyinin məlumatına əsasən, 8 ay ərzində ölkədə 33 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 18,1 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən təqribən 0,8 milyard kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur. Avropaya 8,4 milyard kubmetr, Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Qaz ixracından ölkəyə 5 milyard 455 milyon 694.22 min dollar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz azdır. Ötən ilin yanvar-avqustunda qaz ixracı 17,4 milyard kubmetr, ondan əldə edilən gəlir isə 10 milyard 453 milyon dollar təşkil etmişdi. Bu isə o deməkdir ki, qaz ixracı həcm baxımından artsa da, dünya bazarındakı kəskin ucuzlaşma səbəbindən ondan əldə olunan gəlir iki dəfəyə yaxın azalıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Bu dövrdə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Səkkiz ayda Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb.
Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunda yeni platformadan hasilatın başlanması ilə neft hasilatında azalma sürətinin yavaşıması gözlənilir. Bu isə qaz ixracındakı artımla birlikdə ölkənin cari əməliyyatlar balansında profisitin ən azı ortamüddətli dövrdə davam etməsinə şərait yaradacaq. Nəzərə alsaq ki, 2024-cü il dövlət büdcəsinin gəlirlər hissəsinin icrası sahəsində çətinlik olmayacaq, onda ən azı 2024-cü ildə Azərbaycanda devalvasiyaya gedilməyəcəyini söyləmək olar. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında büdcəyə 25 milyard 223,4 milyon manat daxil olub, 22 milyard 362,4 milyon manat xərclənib, nəticədə 2 milyard 861 milyon manatlıq profisit yaranıb. Bir ay əvvəl - yanvar-iyul üzrə profisitin məbləği 3 milyard 126,4 milyon manata bərabər olmuşdu.
2025-ci ildə manatla bağlı devalvasiya qərarının alınıb-alınmaması bilavasitə dünya neft bazarındakı konyukturdan asılı olacaq. Beynəlxalq analitik mərkəzlərin indiki proqnozlarında qiymətlərin 75-80 dollar ətrafında dəyişməsi nəzərdə tutulur. Bu isə Azərbaycan üçün komfortlu diapazon hesab olunur. Qiymətlərin bu diapazonda dəyişməsi reallaşarsa, ölkəyə zəruri həcmdə xarici valyutanın daxil olmasını təmin edəcək. Bu isə devalvasiyaya gedilməsi üçün iqtisadi əsasın yaranmayacağı deməkdir...
"Yeni Musavat"
5 Oktyabr 11:16
5 Oktyabr 11:13
5 Oktyabr 10:58
5 Oktyabr 10:44
5 Oktyabr 10:23
5 Oktyabr 10:07
5 Oktyabr 09:52
5 Oktyabr 09:15
5 Oktyabr 08:15
5 Oktyabr 07:44
5 Oktyabr 07:42
5 Oktyabr 07:41
5 Oktyabr 07:37
5 Oktyabr 07:35
5 Oktyabr 07:34
5 Oktyabr 07:32
5 Oktyabr 07:30
5 Oktyabr 07:29
5 Oktyabr 07:24
5 Oktyabr 07:20
5 Oktyabr 07:18
5 Oktyabr 01:10
5 Oktyabr 01:05
5 Oktyabr 01:02
5 Oktyabr 00:53
5 Oktyabr 00:45
4 Oktyabr 21:04
4 Oktyabr 21:03
4 Oktyabr 21:02
4 Oktyabr 21:01
4 Oktyabr 20:57
4 Oktyabr 20:17
4 Oktyabr 20:14
4 Oktyabr 20:09
4 Oktyabr 20:08
4 Oktyabr 19:50
4 Oktyabr 19:36
4 Oktyabr 19:18
4 Oktyabr 19:05
4 Oktyabr 18:41
4 Oktyabr 18:39
4 Oktyabr 18:33
4 Oktyabr 18:30
4 Oktyabr 18:29
4 Oktyabr 18:27
4 Oktyabr 18:25
4 Oktyabr 18:20
4 Oktyabr 18:12
4 Oktyabr 17:56
4 Oktyabr 17:43
4 Oktyabr 17:37
4 Oktyabr 17:34
4 Oktyabr 17:30
4 Oktyabr 17:19
4 Oktyabr 17:13
4 Oktyabr 17:11
4 Oktyabr 16:47
4 Oktyabr 16:43
4 Oktyabr 16:37
4 Oktyabr 16:26
4 Oktyabr 16:25
4 Oktyabr 16:22
4 Oktyabr 16:20
4 Oktyabr 16:17
4 Oktyabr 16:12
4 Oktyabr 16:10
4 Oktyabr 15:51
4 Oktyabr 15:40
4 Oktyabr 15:19
4 Oktyabr 15:17
4 Oktyabr 15:03
4 Oktyabr 14:43
4 Oktyabr 14:35
4 Oktyabr 14:14
4 Oktyabr 13:56
4 Oktyabr 13:55
4 Oktyabr 13:54
4 Oktyabr 13:48
4 Oktyabr 13:38
4 Oktyabr 13:31
4 Oktyabr 13:29
4 Oktyabr 13:26
4 Oktyabr 13:24
4 Oktyabr 13:23
4 Oktyabr 13:22
4 Oktyabr 13:20
4 Oktyabr 13:18
4 Oktyabr 13:17
4 Oktyabr 13:16
4 Oktyabr 13:13
4 Oktyabr 12:57
4 Oktyabr 12:52
4 Oktyabr 12:50
4 Oktyabr 12:46
4 Oktyabr 12:45
4 Oktyabr 12:43
4 Oktyabr 12:37
4 Oktyabr 12:35
4 Oktyabr 12:25
4 Oktyabr 12:13
4 Oktyabr 11:53
4 Oktyabr 11:46
4 Oktyabr 11:41
4 Oktyabr 11:38
4 Oktyabr 11:35
4 Oktyabr 11:25
4 Oktyabr 11:23
4 Oktyabr 11:22
4 Oktyabr 11:19
4 Oktyabr 11:18
4 Oktyabr 11:17
4 Oktyabr 11:14
4 Oktyabr 11:13
4 Oktyabr 11:12
4 Oktyabr 11:10
4 Oktyabr 11:09
4 Oktyabr 11:08
4 Oktyabr 11:00
4 Oktyabr 10:55
4 Oktyabr 10:54
4 Oktyabr 10:49
4 Oktyabr 10:48
4 Oktyabr 10:47
4 Oktyabr 10:43
4 Oktyabr 10:42
4 Oktyabr 10:36
4 Oktyabr 10:36
4 Oktyabr 10:27
4 Oktyabr 10:25
4 Oktyabr 10:21
4 Oktyabr 10:16
4 Oktyabr 10:16
4 Oktyabr 10:12
4 Oktyabr 10:09
4 Oktyabr 10:01
4 Oktyabr 09:56
4 Oktyabr 09:56
4 Oktyabr 09:49
4 Oktyabr 09:25
4 Oktyabr 09:20
4 Oktyabr 09:18
4 Oktyabr 09:14
4 Oktyabr 09:11
4 Oktyabr 09:06
4 Oktyabr 08:36
4 Oktyabr 07:00
4 Oktyabr 01:50
4 Oktyabr 01:49
4 Oktyabr 01:48
4 Oktyabr 01:46
Ən son xəbərləri səhifəmizdən də izləyin