BURADA REKLAMINIZ OLA
BİLƏR

"MİR" avtosalonun sahibi ilə bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib və ona 7 il həbs cəzası verilib.
 

İttihama görə, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340000, 351884, 68000, 170000, 272000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.
 

Qeyd: Mətbuatda yayılan məlumata görə, 2021-ci ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.

 

Kamal Məmmədov

Tarix: 17 Sentyabr 2024, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin