BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadının qarajını qəsdən sökdürən MTK sədri ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Vaqif Sultanovun barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Vaqif Sultanov Bakıda fəaliyyət göstərən MTK-lardan birisinin sədri vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi MTK 2018-ci ilin iyun ayından etibarən Nərimanov rayonunda söküntü və tikinti-quraşdırma işləri aparıb. Vaqif Sultanov həmin ərazidə zərərçəkmiş Afət Şirinovaya məxsus sahəsi 18,0 m2 olmaqla dəyəri 14400 manatlıq qarajın sökülməsinə görə zərərçəkmiş şəxsə kompensasiya ödənişində razılığa gələ bilməyib. MTK rəhbəri sonra - 21 aprel 2019-cu il tarixdə fəhləsinə tapşırıq əsasında həmin qarajı qəsdən sökdürüb.

 

Daha sonra Afət Şirinovanın şikayəti əsasında Vaqif Sultanov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 186.1-ci (zgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən MTK sədrinə cəza təyin edilməyib. Mülki iddiaçı Afət Şirinovaya qarşı dəymiş maddi və mənəvi zərərin tutulmasına dair iddiası qismən təmin olunub. Təqsirləndirilən şəxsdən 14400 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın tutularaq zərərçəkmiş şəxsə ödənilməsi, vurulmuş 14400 manat maddi ziyanın Vaqif Sultanov tərəfindən Baş Prokurorluğun depozit hesabına ödənilməsi nəzərə alınmaqla, həmin məbləğin iş üzrə zərərçəkmiş şəxsə qaytarılması təmin edilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 17 Sentyabr 2024, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin