BURADA REKLAMINIZ OLA
BİLƏR

Ondan 80 manat borcunu istəyən tanışını döyən şəxsə elektron qolbaq taxıldı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Musa Salahovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, bu il Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, Musa Salahov hadisədən təxminən 10 gün əvvəl tanışı, zərərçəkmiş Qalib Həsrətovdan (şərti) 80 manat borc pul alıb və həmin pulu 10 gün müddətinə qaytaracağını söz verib. Hadisə günü Musa yaşadığı evin yaxınlığında olarkən Qalib ondan borcunu istəyib. O da zərərçəkmişə pulunun olmadığını, olduğu təqdirdə qaytaracağını deyib. Lakin Qalib pulunu dərhal verməsini israr edib.

 

Musa Salahovun məhkəmədə verdiyi ifadəsinə görə, həmin vaxt Qalib onun ünvanına nalayiq ifadə işlədib. 

 

Bu səbəbdən aralarında mübahisə düşüb. Mübahisə zamanı o, yumruqla ilə Qalibin sol göz nahiyəsinə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Musa Salahov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.  

 

Kamal Məmmədov

 

Tarix: 17 Sentyabr 2024, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin