BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını 50 manata görə öldürən şəxs apellyasiya şikayəti verdi

Bakıda 50 manata görə tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Rauf Salayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 18-nə təyin edilib.

 

Şikayət hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

 

Belə ki, Rauf Salayev 50 manat pula görə tanışı Qoşqar Qarazadə ilə dava edib. Bu zaman o, onları ayırmağa gələn Həsən Hudulovu bıçaqlayaraq öldürüb. 

 

Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 17 Sentyabr 2024, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin