BURADA REKLAMINIZ OLA
BİLƏR

LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edildi

Gürcüstan parlamenti sonuncu oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyib. “Report” bu barədə Gürcüstan KİV-inə istinadən xəbər verir.

 

“Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini Gürcüstan parlamentinin 84 deputatı dəstəkləyib. Qanun layihəsinin əleyhinə çıxan olmayıb.

 

“Cəmiyyətimizin maraqlarını bu qədər əhatəli şəkildə əks etdirən “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi kimi bir təşəbbüsə nadir hallarda rast gəlinir”, - hakim “Gürcü Arzusu” Partiyasından olan deputat Rati İonatamişvili bildirib.

 

Qanun imzalanması üçün Prezident Salome Zurabişviliyə göndəriləcək.

Tarix: 17 Sentyabr 2024, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin