BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Eyvazova yeni vəzifə verildi

Müdafiə Nazirliyində Mətbuat Xidməti ləğv edilib.

 

Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

 

Əmrə əsasən, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədi ilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.

 

İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

 

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi Mətbuat Xidmətinin rəisi idi./Qafqazinfo

Tarix: 17 Sentyabr 2024, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin