BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərə yenidən baxıla bilər

ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb. Bunu ölkənin Baş nazir İrakli Kobaxidze ABŞ-nin bu ölkədəki səfiri Robin Dunniqanla görüşü zamanı deyib.

 

“Oxşar bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair mövqeyimiz yenidən nəzərdən keçirilə bilər”, - Kobaxidze bildirib.

 

Baş nazir əlavə edib ki, ABŞ seçkilər öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq.

 

Report

Tarix: 18 Sentyabr 2024, 02:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin