BURADA REKLAMINIZ OLA
BİLƏR

Livanda partlayan peycerlər əvvəlcədən minalanıb?

Livanda partlayan peycerlər öncədən minalanıb.

 

Bu iddia ilə "Əl-Cəzirə" telekanalı çıxış edib.

 

İddialara görə, hər bir qurğudakı partlayıcının çəkisi 20 qramı keçməyib. Peycerlər beş ay əvvəl idxal edilib.

 

Səlahiyyətlilər hazırda partlayıcıların necə aktivləşdiyinə dair nəzəriyyələri araşdırırlar.

 

Bildirilir ki, İsrail kəşfiyyat agentliyi Mossad partlayıcı pentaeritritol tetranitratı peycer batareyalarına yerləşdirmiş ola bilər. İsrail təhlükəsizlik qüvvələri məsafədən batareyaların temperaturunu yüksəldə və bu, partlayışlara səbəb ola bilər.

 

Oxu.az

Tarix: 18 Sentyabr 2024, 02:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin