BURADA REKLAMINIZ OLA
BİLƏR

Zavod barəsində protokol tərtib edildi

"Bakı Neftqazmədən Avadanlıqları Zavodu" ASC-yə inzibati protokol yazılıb.

 

Pravda.az, xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Suraxanı Rayon Məhkəməsinin hakimi Pərviz Muradovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 18 Sentyabr 2024, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin