BURADA REKLAMINIZ OLA
BİLƏR

Blokda arvadını bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Məhəmməd Fərhadovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 3 il 2 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Məhəmməd dərhal məhkəmə zalından həbs edilib.

 

İttihama görə, hadisə 24 fevral 2023-cü il tarixdə, saat 19:30 radələrində Bərdə rayonu 866 saylı qəsəbədə yerləşən binaların birində yerləşən blokda qeydə alınıb.

 

Belə ki, Məhəmməd Fərhadov keçmiş arvadı, zərərçəkmiş Arzu Quliyeva (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının uşaqları kişiyə göstərməməsi və onun ünvanına nalayiq ifadə işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs özü ilə gətirdiyi mətbəx bıçağı ilə qadının döş qəfəsinin sol arxa səthinə, hər iki süd vəzinə, sağ bazu, sol budu və sol baldırına zərbələr endirərək ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Məhəmməd Fərhadov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. 

 

Kamal Məmmədov

Tarix: 18 Sentyabr 2024, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin