BURADA REKLAMINIZ OLA
BİLƏR

Moped sürücüsünün öldüyü qəza ilə bağlı qərar çıxarıldı

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sərxan Tağızadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 08 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Gəncə şəhəri, Nizami prospektində qeydə alınıb.

 

Belə ki, Sərxan Tağızadə idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olarkən dönmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn 17 yaşlı Sadıqov Nicat Saləddin oğlunun idarə etdiyi mopedlə toqquşub.

 

Xəstəxanaya yerləşdirilən Nicat Sadıqov orada ölüb.

 

Hadisədən sonra Sərxan Tağızadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Gəncə Şəhər Məhkəməsinin o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 18 Sentyabr 2024, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin