BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı tıxacın səbəbi məlum oldu

Məlumat verildiyi kimi, ötən gündən başlayaraq Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib. Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

 

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə, bu prospketlərdə hazırda avtomobil sıxlığı müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə əlaqəli şəkildə bu prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər.

Tarix: 18 Sentyabr 2024, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin