BURADA REKLAMINIZ OLA
BİLƏR

"AAAF Park"da Heydər Əliyevə aid guşə, Dövlət bayrağı və gerbi niyə yığışdırılıb? - AÇIQLAMA

“AAAF İnşaat” MMC Xıradalan ərazisindəki AAAF Park yaşayış kompleksində ümummilli lider Heydər Əliyevə aid guşənin, Dövlət bayrağı və gerbinin sökülməsi barədə yayılan görüntülərə aydınlıq gətirib. 

 

MMC-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin ərazidə yenidənqurma işləri gedir. 

 

“Ərazinin digər hissələrində müəyyən təmizlik, abadlıq işləri aparılır. Orada xronoloji ardıcıllıqla qoyulan digər fotoşəkillər də var idi. Ümummilli lider Heydər Əliyevə məxsus komplekslə birgə hamısı daha təkmil formada bərpa olunacaq, görüntülər paylaşılacaq”.

 

Qeyd: AAAF Park yaşayış kompleksində ümummilli lider Heydər Əliyevə aid kompleksin sökülməsi barədə görüntüləri sosial şəbəkələrdə jurnalist Tural Müseyibov paylaşıb.

 

Aytəkin Qardaşova 

Fotoları təqdim edirik
Tarix: 18 Sentyabr 2024, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin